Məktəbdəki seks qalmaqalıyla bağlı ARAŞDIRMA başladı - “İşdən çıxarılacaqlar”

Təhsil Nazirliyi Şəmkir rayonundakı məktəbdə baş verən qalmaqallı məsələyə aydınlıq gətirib.


Nazirliyin mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, nazirlik Şəmkir rayon Təhsil İdarəsi ilə birgə Müşfiq Süleymanov adına Seyfəli kənd orta məktəbindəki qalmaqallı məsələ ilə bağlı araşdırmaya başlayıb: "Hazırda məsələni araşdırırıq. Əgər faktlar dəqiqdirsə təhsildə olan şəxslər işlərindən kənarlaşdırılacaq”.


Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.


Sevinc Yasinqızı

Bakı Post

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

26 Aprel 2017
Bütün xəbərlər
Bütün xəbərlər