Mehriban Zeynalova polislərə təlim keçdi - FOTO

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının "Insan alveri ilə mübarizədə yeni standartların tətbiqi” adlı  layihəsi üzrə Qazax (15.05.17), Tovuz (16.05.17), Şəmkir (17.05.17) şəhərlərində polis əməkdaşları arasında "Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli”nə dair  təlim kursu keçib. Təlimlər qeyd edilən şəhərlərin  polis idarələrində baş tutub.
 
Təlimin hazırlıq işləri layihə rəhbəri Mehriban Zeynalova tərəfindən həyata keçirilib, təlimçi Ağamirzə Bağırov olub. Təlim zamanı insan alveri, məişət zorakılığı qurbanları ilə davranış, qanunvericilik aktları, zərərçəkmiş və cinayətkarın psixoloji portreti, viktimaloqiya, psixoloji amillər, mövcud sterotiplər, sığınacaqlar haqqında məlumat, acıq və qapalı tipli sulların verilmə üsülü, təhqiqat zamanı stimqa ilə müşahidə edilən ayrı-ayrı ifadələrin işlədilməsi və ümumilikdə  zərərcəkmişin öz hüquqlarını müdafiəsini reallaşdırmasına şərait yaradan qanuni  vasitələrin tətbiqinə dair müzakirələr aparılıb.

Təlimdə əsasən sahə müvəkilləri və azyaşlılarla iş üzrə məsul olan polis əməkdaşları iştirak edib. Qazax şəhəri üzrə iştirakçıların sayı 30 nəfər, Tovuz şəhəri üzrə 31nəfər, Şəmkir şəhəri üzrə isə 49 nəfər olmuşdur. Ümimilikdə iştirakçıların sayı 110 nəfəri əhatə edib. 

Təlimdə, Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlər paylanıb.
 





Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 May 2017
Bütün xəbərlər
Bütün xəbərlər