Ru
13:33 / 22 Fevral 2017

“Mehriban xanımın bu vəzifəyə təyinatı ən doğru qərardır” - Azay Quliyev

1339

"Böyük ictimai nüfuza və dövlətçilik təcrübəsinə malik olan, uzun müddət
Azərbaycanı yorulmadan və layiqincə təmsil edən, ölkəmizin beynəlxalq nüfuzunun
artmasında müstəsna xidmətlər göstərən hörmətli
Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci
vitse-prezidenti vəzifəsinə təyin edilməsi çox mühüm bir hadisədir”.


BakiPost.az xəbər verir ki, bu sözləri ATƏT
Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay
Quliyev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın
birinci vitse-prezidenti təyin edilməsiylə bağlı fikirlərini səsələndirərkən
deyib. Millət vəkili hesab edir ki, bu, dövlətçilik maraqlarının qorunmasına
hesablanmış ən doğru qərardır: "Cənab Prezidentin bu qərarı ölkədə çevik idarəetmə
sisteminin tətbiqinə, iqtisadi və siyasi islahatların mövcud tələblərə uyğun
aparılmasına, xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına, mümkün
çağırışların qarşısının vaxtında alınmasına və dövlətçilik maraqlarının
qorunmasına hesablanmış ən doğru qərardır.

Əminəm ki, biz hamımız Azərbaycanın daha güclü, daha
modern və daha inkişaf etmiş ölkəyə çevrilməsində Mehriban xanım Əliyevanın
1-ci vitse-prezident kimi uğurlu və effektiv fəaliyyətinin şahidi olacağıq”.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər