Mehriban Əliyeva tapşırıq verdi - Kəşfiyyatçımızın müalicə xərcləri ödənəcək

Xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musəvi birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
 
BakuPost.az  xəbər verir ki, bu barədə Modern.az-a ehtiyatda olan zabitin özü məlumat verib.
 
Kamil Musəvi bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya səhhətində yaranan problemlərlə bağlı müraciət edilib.
 
"Bir müddət idi ki, ayağımda və başımda ciddi ağrılar başlamışdı. Ciddi müayinəyə və müalicəyə ehtiyacım yaranmışdı. Mehriban xanıma müraciət etdik. Dərhal da müsbət cavab aldıq. Artıq Mehriban xanım Əliyevanın tapşırığı ilə müayinə olunmaq üçün Bakıya dəvət olunmuşam. Bizə dedilər ki, ailəmlə qalmaq üçün bizə şəhərdə mənzil də veriləcək. Yaxın zamanda bizim görüşümüz olmalıdır”.
 
Ehtiyatda olan yaralı zabit göstərilən diqqətə görə həm birinci vitse-prezident Mehriban Əliyevaya və sadə vətəndaşlara öz minnətdarlığını bildirib.
 
Qeyd edək ki, Kamil Musəvi 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və ayağını itirib.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

23 Sentyabr 2017
22 Sentyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər