Ru
14:06 / 21 Fevral 2017

“Mehriban Əliyeva prezidentin ən sadiq köməkçisidir” - Hadı Rəcəbli

1511

"Mehriban Əliyevanın Azərbaycanın birinci
vitse-prezidenti təyin edilməsi ictimai rəyin bir dəstəyidir. Cəmiyyət
referendum bitəndən sonra birmənalı olaraq vitse-prezident kimi Mehriban xanımı
görürdü”.

Bunu BakiPost.az-a açıqlamasında Milli Məclisin Əmək
və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.


Onun sözlərinə görə, cəmiyyətin Mehriban Əliyevanı dəstəkləməsinin
bir necə səbəbi var:
"Mehriban xanım cəmiyyətdə özünə xüsusi qayğı, məhəbbət,
istək qazanıb. Mehriban xanım uzun illər vətənpərvərlik, xeyriyyəçilik nümunəsi
göstərdi. O, Heydər Əliyev Fonduna rəhbərlik etdiyi dövrdə əlil evlərinin bərpası,
uşaq evlərinin tikilməsi və qurulması, məktəblərin tikilməsi, yetim uşaqların mənzillə
təmin olunması və digər bu istiqamətdə ardıcıl və sistemli işlər gördü. Bu bir
daha xalqımızda Mehriban xanıma xüsusi məhəbbət qazandırdı ki, o, xeyriyyəçi,
özünün daxilində mərhəmət hissi olan bir insandır. Bu böyük bir keyfiyyətdir.
Mehriban xanım bu keyfiyyətini büruzə verdi.


Parlamentdə gözəl deputat kimi fəaliyyət göstərir,
Fransa Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəridir. Fransada Azərbaycan
evini yaratdı. Mehriban xanım amnistiya aktları hazırladı. Bununla da yüzlərlə
evi sevindirdi. Deputat kimi ona minlərlə məktub daxil olur ki, onların əksəriyyəti
müsbət həll olunur”.


H. Rəcəbli Mehriban Əliyevanın təşkilatçılıq
bacarığından da damışıb:
"Onun təşkilatçılığı ilə Avropa Oyunları yüksək səviyyədə
keçirildi. Bu oyunların səs-sorağı bütün dünyaya yayıldı. Azərbaycanın imici
dünyada xeyli artdı. Azərbaycan sülhsevər, idman sevər, əmin-amanlıq dövləti
kimi özünə imic qazandı. Ölkəmiz turizm mərkəzi kimi sevilməyə başladı. Bu gün Azərbaycana
turist axınının olmasının bir səbəbi də məhz Avropa Oyunlarının yüksək səviyyədə
keçirilməsidir. Hazırda İslam Həmyərlik Oyunlarına da Mehriban xanım rəhbərlik
edir. Uğurların indidən gözləntisi var”.


Komitə sədri Mehriban Əliyevanın beynəlxalq münasibətlərdə
daima prezident İlham Əliyevin yanında olduğunu vurğulayıb:
"Mehriban xanım
prezidentimizin apardığı xətti tuta bilib. Mərhum prezident Heydər Əliyevin
xarici siyasətini uğurla davam etdirə bilən insanlardan biridir. Onun həm Heydər
Əliyev Fondu, həm də İslam Həmrəylik təşkilatının səfiri, həm də YUNESKOnun səfiri
kimi fəaliyyəti dünyada geniş yayılıb”.


Hadı Rəcəbli Azərbaycanın birinci
vitse-prezidentinin eyni zamanda gözəl ailə başçısı olduğunu da xatırladıb:
"O
həm də gözəl ana və nənədir. Bu da Azərbaycan qadınının bir nümunəsidir. Onun
vitse-prezident seçilməsi bir daha Azərbaycan qadınının nüfuzunun, yerinin nə qədər
yüksək olduğuna bariz nümunədir”.


Millət vəkili qeyd edib ki, birinci vitse-prezident
təyinatının əsas məqsədi Azərbaycan xalqının rifahının bir az da
yaxşılaşmasıdır:
"Mehriba xanım Azərbaycanda sabitliyin, Heydər Əliyev dövlətçiliyinin
inkişafının, Azərbaycançılıq ideyasının davam etdirilməsində dövlət başçısı
İlham Əliyevin ən sadiq köməkçisidir.


Düşünürəm ki, bu cütlük Azərbaycanda
böyük uğurlara nail olacaq. Azərbaycan inkişaf edəcək. Azərbaycanda qeyr- neft
sektorunun inkişafında bu cütlüyün fəaliyyəti böyük olacaq. Yeni institutun özü
də Azərbaycanda islahatların aparılmasında xüsusi rol oynayacaq. Bunun əsas məqsədi
də Azərbaycan xalqının rifahının bir az da yaxşılaşdırılmasıdır. Hesab edirəm
ki, yaxşılaşacaq”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Mehriban Əliyeva Azərbaycanın birinci
vitse-prezidenti təyin edilib.

Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər