Mehman Hüseynovun məhkəməsinin vaxtı bilindi

412
Bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciət üzrə məhkəmənin vaxtı açıqlanıb.

BakuPost xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçiriləcək iclas avqustun 24-nə təyin edilib.

Məhkəmə hakim Rəşad Məmmədovun icraatına verilib.

Qeyd edək ki, M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 6-da vəfat edib. Ona anasının yas mərasimində iştirak etmək üçün icazə verilmişdi və müvəqqəti azadlığa buraxılmışdı.

Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər