Ru
14:25 / 17 İyul 2018

Məhkəmənin qarşısındakı bayraq cırılıb? - FOTO/ YENİLƏNİB

2634
Bakı Apellyasiya Məhkəməsinin binasının qarşısında asılan bayraq cırılıb.



BakuPost xəbər verir ki, bu barədə fotonu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat katibi Əli Orucov sosial şəbəkədə paylaşıb.


"Neçə gündür Qazaxdakı bayraq müzakirəsi davam edir. Bu hörmətsizliyə ölkənin hər yerində rast gəlmək olar. Eləcə də Bakı Apellyasiya Məhkəməsinin binasının önündə. Dedim bu şəkilləri də mən paylaşım ki, bayraq müzakirəsi təkcə Qazaxla bitməsin".

 

*** Bakı Apellyasiya Məhkəməsindən BakuPost-a bildirilib ki, təqdim olunan foto indiyə aid deyil. Qurumdan yeni foto da təqdim olunub və bildirilib ki, hazırda Məhkəmənin qarşısında dalğalanan bayraqda heç bir problem yoxdur. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər