Ru
15:05 / 22 İyun 2018

Məhərrəm İncənin “incə” kampaniyası - SON İKİ GÜN: “Ərdoğan üçün çətin olacaq”

2666
Türkiyədə keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə artıq 2 gün qalıb. 


Sosioloji sorğuların nəticələri hakim Ədalət və İnkişaf Partiyasının geridə qaldığını, Cümhuriyyət Xalq Partiyasının və İyi Partiyanın daha çox səs yığdığını göstərir.


Seçki kampaniyası müddətində isə Türkiyə siyasətində yeni bir şəxs parıldayıb. Belə ki, CHP-dən prezidentliyə namizəd Məhərrəm İncənin uğurlu seçki kampaniyası bütün dünya mediasının diqqətindən yayınmayıb.


Ekspertlərin fikrincə, Türkiyədəki seçkilər kifayət qədər gərgin keçəcək.


Politoloq Elxan Şahinoğlu qardaş ölkədəki seçkilərdə bağlı BakuPost-a danışarkən deyib ki, Ərdoğanın əsas rəqibi Məhərrəm İncə olacaq: "Məhərrəm İncə həqiqətən də uğurlu seçki kampaniyası aparır. Halbuki əvvəl proqnozlar belə idi ki, Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi İyi Partiyanın lideri Meral Akşener olacaq. Mənə elə gəlir ki, Akşener İncənin kölgəsində qaldı. Əsas rəqabət Rəcəb Tayyib Ərdoğanla CHP-nin namizədi Məhərrəm İncə arasında olacaq. Bəzi ekspertlər proqnozlaşdırır ki, Ərdoğan 50+1-lə prezident seçiləcək. Bəziləri isə ikinci tur olacağını düşünür”. 

 

Картинки по запросу elxan şahinoğlu


E. Şahinoğlu düşünür ki, seçki  2-ci tura qalsa, Ərdoğan üçün çətin olacaq: "Əgər Ərdoğan 1-cu turda prezident seçilməsə, 2-ci turda ona çox ağır olacaq. Çünki 2-ci turda bütün prezidentliyə namizədlər öz seçicilərini müxalifətin ən çox səs toplayan namizədinə səs verməyə çağıracaqlar. Çox güclü rəqabət gedir. Parlament seçkilərində də mümkündür ki, Ədalət və İnkişaf Partiyası müəyyən qədər səs itirsin. Çünki CHP çox uğurlu kampaniya aparır, İyi Partiya digər tərəfdən AKP-dən səs qoparmağa çalışır”. 


Politoloqun proqnozuna görə, Türkiyə ordusunun son hərbi əməliyyatları da Ərdoğana 1-2 faiz səs gətirəcək. 

 

Картинки по запросу arif hacılı


Müsavat Partiyasının sədri Arif Hacılı isə hesab edir ki, seçkilərin nəticələrindən asılı olmayaraq, Türkiyədə ciddi dəyişikliklər olacaq: "Cümhurbaşqanlığına namizəd Məhərrəm İncə çox parlaq seçki kampaniyası aparır. Yalnız bir partiya təmsilçisi kimi yox, əsl dövlət rəhbəri kimi danışır. Populist deyil, vədləri realdır. Şüarları demokratik, bəşəri şüarlardır. Məhərrəm İncə Türkiyə siyasətində bomba kimi partladı. Seçkilərin nəticələrindən asılı olmayaraq Türkiyə ciddi dəyişəcək. Mövhumatdan uzaqlaşma, cümhuriyyətçiliyə doğru dönüş qaçılmaz olacaq. Türkiyədə baş verənlər Azərbaycana da pozitiv təsir edəcək”.

 

Картинки по запросу qabil hüseynli


Politoloq Qabil Hüseynlinin proqnozlarına görə isə, Rəcəb Tayyib Ərdoğan elə birinci turda qalib gələcək: "Sosioloji rəylərdə Ərdoğan geridə görünür. Amma mən düşünmürəm ki, sosioloji sorğuların nəticələri seçkinin nəticələri ilə üst-üstə düşəcək. Mənim zənnimcə seçkilərin nəticələri Ərdoğan və MHP üçün uğurlu olacaq. 


İnanmıram ki, seçkilərdə 2-ci mərhələ olsun. Seçkinin elə 1-ci mərhələdə başa çatacağı qənaətindəyəm”.

 

Nigar Etibar
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər