Ru
18:30 / 18 İyul 2018

Mədət Quliyev hərbçilərə cüdo üzrə master-klass keçdi

2478
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi hissəsində hərbi qulluqçuların, o cümlədən əsgərlərin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb.


DTX-dan BakuPost-a verilən məlumata görə, hərbi hissədə xidməti-döyüş fəaliyyəti müvafiq qanunvericiliyin, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Nizamnamələrinin tələbləri əsasında təşkil olunur, hərbi qulluqçulara nəzəri-praktiki, sıra və fiziki hazırlıq dərsləri keçirilir, ümumən şəxsi heyətin peşəkarlıq vərdişləri real döyüş şəraitinə uyğunlaşdırılır.


Həmçinin əsgərlər idmanın müxtəlif növləri üzrə məşğələlərdə hazırlaşır və DTX-nin struktur bölmələri arasında keçirilən yarışlarda müvəffəqiyyətlə iştirak edirlər. Dövlət Təhlükəsizliyi Xidmətinın rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant, cüdo üzrə idman ustası Mədət Quliyev və DTX-nin məsul əməkdaşı, Olimpiya çempionu, beynəlxalq dərəcəli idman ustası Elnur Məmmədli hərbi hissənin idman kompleksində cüdo idman növü üzrə əsgərlər üçün növbəti master-klass keçiriblər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər