Ru
12:09 / 24 Aprel 2018

Maskalı şəxslər evə silahlı basqın etdi - Yaralananlar var

3104

Gürcüstanın Kaspi rayonunun Ferma
kəndində azərbaycanlı ailənin evinə silahlı basqın olub.


BakuPost.az APA-ya istinadən xəbər
verir ki, gecə saat 12.00 radələrində Allahverdiyevlər ailəsinin yaşadığı evə 3
nəfər maskalı şəxs daxil olub. 

 

"Kalaşnikov” avtomatı ilə
silahlanmış basqınçılar Əlirza Allahverdiyev, onun həyat yoldaşı Həqiqət
Allahverdiyeva və qızları 18 yaşlı Sahibə Allahverdiyevaya
avtomatla zərbələr endirərək, onları ayrı-ayrı otaqlarda bağlayıblar.
Oğrular ailə üzvlərinə soyuq silahla xəsarətlər yetirərək işgəncə veriblər. 

 

Soyğunçular evdəki əşyaları
alt-üst edərək pul və zinət əşyalarını axtarmağa başlayıblar. Onlar bildiriblər
ki, bu yaxınlarda ailə 19 baş mal-qara satıb və ailədə 20 min laridən çox pul
olmalıdır. 

Cinayətkar dəstə evdən 5 min lariyə yaxın pul, 10-dan çox üzük və digər qızıl
əşyalar aparıblar. 

 

Faktla bağlı cinayət işi açılıb.
Hazırda polis tərəfindən mühasirəyə alınmış evdə müvafiq ekspertiza
aparılır. 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər