Ru
12:36 / 22 Fevral 2018

Maşınla piyadanın üstündən keçən polis rəisinin işdən çıxarıldığı TƏSDİQLƏNDİ

2932
Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.


BakuPost-un APA-ya istinadən məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.


DİN-in mətbuat xidmətindən fktı təsdiqləyiblər.

 

BakuPost əlavə edir ki, R. Zalovun bir neçə dəfə yol qəza hadisələri törətməsi barədə mətbuatda məlumatlar yayılıb. Sonuncu dəfə onun 2017-ci ilin dekabr ayında qəza törətməsi haqda mediada xəbər yayılmışdı. Xəbərə görə, Rəhim Zalov idarə etdiyi 20-YP-030 dövlət nişanlı avtomobillə işıqforun qırmızı işığında hərəkət edib və piyada zolağında yolu keçmək istəyən yeniyetmə qızın üzərindən keçib. Piyada ağır xəsarət alıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər