Ru
23:54 / 29 Mart 2017

Maşın piyadanı vurdu - FOTO

818
Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.


"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 201-km-də, yolun Lənkəran rayonunun Şilavar kəndindən keçən hissəsində qeydə alınıb.


Lənkəran şəhər sakini, 40 yaşlı Məmmədov Zaur Mais oğlu idarə etdiyi "Nissan Sunny" markalı "42-BO-606" dövlət qeydiyyat nişanlı minik avtomaşını ilə yolu keçməkdə olan piyada, Aşağı Nüvədi qəsəbə sakini, 59 yaşlı Bağırov Akif Əsgər oğlunu vurub. Sürücü dərhal yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri və sağ ayağının sınığı diaqnozu qoyulan A.Bağırov Travmatologiya şöbəsinə yerləşdirilib. Piyadanın sərxoş halda olduğu deyilir.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Bakı Post

 


 

Maşın piyadanı vurdu -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər