Ru
20:16 / 09 Dekabr 2016

Maşın 80 metr yuvarlandı - Sürücü öldü/VİDEO

947
Yol terroru bu dəfə Zaqatalada can aldı.


ARB Şəki xəbər verir ki, baş verən qəzada sürücü həyatını itirib.


Hadisə gecə saat 2 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib. Rayonun Danaçı kənd sakini, 1988-ci il təvəllüdlü Cəfər İbrahim oğlu Murtuzov idarə etdiyi "KİA Serato” markalı 90 RC 102 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb. Avtomobil 80 metrə qədər məsafəyə yuvarlanıb. Nəticədə sürücü Cəfər Murtuzov aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.


Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bakı Post


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər