Ru
15:13 / 20 Sentyabr 2017

Masazırda itlər kişini parçaladı - FOTO

5480
Abşeron rayonu, Masazır qəsəbəsində sahibsiz itlər 65 yaşlı Eldar Zamanova hücum ediblər.


BakuPost.az xəbər verir ki, bu barədə Ölkə.Az-a E.Zamanovun oğlu Natiq Zamanov məlumat verib. Onun sözlərinə görə, hadisə qəsəbənin Cantəpə adlanan məhəlləsində baş verib: "Burada çoxlu sahibsiz itlər var. May ayında yaxınlıqdakı məktəbə də hücum etmişdilər. Hətta 5-6 uşaq da xəsarət almışdı. Amma bu barədə heç yerdə xəbər verilmədi, heç bir tədbir də görmədilər. Dünən də sahibsiz itlər 65 yaşlı atama hücum ediblər. Təzəcə ürək əməliyyatı keçirib, iki dəfə infarkt olub. İtlər atamın başını dişləyib, qollarını parçalayıb. Hazırda "Semaşko"dadır". 


N.Zamanov bildirib ki, sözügedən problemə görə məhəllədəki məktəblilər dərsə getmək istəmirlər: "Çünki hər an təhlükə var. Xahiş edirəm, bu məsələni ictimailəşdirin. Bəlkə, aidiyyəti qurumlar bir tədbir görərlər". 

 



Şərhlər
  • SEMMEDOV KAMİL NİCAT

    SALAM OZUM NAXCİVANDA XİDMET ETMİSEM PESEM TUSLAYİCİ OLUB OZUM POLİS İSDEMİSEM VE SORAM İSDEN CİXMİSAM XAİS EDİREM MRNİ İSE GOTURESİZ 0558725404

  • Elnur sadixov

    Salam men ikinci qarabag muharibesi isdirascisiyim 23 yaşım var maxe kimi herbiye qayitmaq isdeyirem xahis edirem yazdiqim serti nezera alasimiz. 0509771411

  • İbrahim henifeyev

    2 ci QARABAX MUHARIBE IŞDIRAQCISIYAM MAXE KIMI İSDEMEY İSDIYIRE 050.331.56.62

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər