Ru
10:27 / 30 İyun 2017

Masallıda dəhşətli qəza - Ana və iki oğlu öldü/ YENİLƏNİB

3507
İyunun 29-na keçən gecə Masallıda baş vermiş dəhşətli yol qəzasında vəfat edənlərin sayı 3-ə çatıb.

 

Lent.az xəbər verir ki, "VAZ” markalı minik avtomobilinin "Shacman” markalı yük maşınına çırpılması nəticəsində ağır xəsarət alan 26 yaşlı Mahir Bayramov xəstəxanada keçinib.
 

Qeyd edək ki, Mahir Bayramovun qardaşı - avtomobili idarə edən Elmin Bayramovla anası Reyhanə Abbasova hadisə yerində vəfat etmişdi.

 

Yük avtomobilində olan Beyləqan rayon sakinləri, 1980-ci il təvəllüdlü Mehdi Hüseynov və Bəhruz Qafarov isə ağır xəsarət alıblar. Onların həyatı üçün təhlükə qalmadığı bildirilib.

 

29 iyun

09:35

 

Fövqəladə Hallar Nazirliyi Masallıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

 

BakuPost.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Masallı rayonu, Sərçuvar kəndində "Mercedes” markalı yük avtomobilinin "VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.  

 

Nəticədə "VAZ” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlunun və avtomobildə olan 1 nəfər sərnişinin - 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızının sıxılmış vəziyyətdə qalmış cəsədləri yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

 
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər