Ru
21:57 / 25 May 2017

- Bir neçə ailə evakuasiya olundu/FOTO Masallıda 77 ev çökdü

1947
Masallı rayonunun üç kəndi ərazisində 77 evdə çökmə baş verib, divarlarda iri çatlar yaranıb. Həmin evlərdən 35 –i tam qəzalı vəziyyətə düşüb, bir neçə ailə evakuasiya olunub.

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, Rayonun Qodman ərazi nümayəndəliyinə aid olan, Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərində onlarla ev təhlükə izə üzləşib. Belə ki, son vaxtlar yaşayış evlərində çökmələr baş verib və iri çatlar yaranıb. Bəzi yaşayış evlərinin istinad divarları tam aralanıb. Son günlər bu ərazilərdə yenidən aktivlik müşahidə olunur.

 

Əksər qəzalı evlərin sakinləri qohumlarının evlərinə sığınmaq məcburiyyətində qalıblar. Kəndin bələdiyyə sədri Siruz Səfərovun sözlərinə görə, hadisəyə səbəb iki il ardıcıl yay aylarında havaların quraq keçməsidir: "Bu ərazilərin torpaqları sarı gil olduğundan payız aylarında yağan yağıntılar çatlara dolaraq torpaq qatında boşluq yaradır. Məsələ ilə bağlı  aidiyyəti qurumlara məlumat verilib, yaxın günlərdə evlərə baxış keçiriləcək”.

 

Qeyd edək ki, hazırda Qodman kəndində 55, Əzizabad kəndində 11, Məmmədrzaküçə kəndindədə 11 yaşayış evində təhlükə qalmaqdadır.

 

Bakı Post

 - Bir neçə ailə evakuasiya olundu/FOTO Masallıda 77 ev çökdü
 - Bir neçə ailə evakuasiya olundu/FOTO Masallıda 77 ev çökdü
 - Bir neçə ailə evakuasiya olundu/FOTO Masallıda 77 ev çökdü
 - Bir neçə ailə evakuasiya olundu/FOTO Masallıda 77 ev çökdü
 - Bir neçə ailə evakuasiya olundu/FOTO Masallıda 77 ev çökdü
 - Bir neçə ailə evakuasiya olundu/FOTO Masallıda 77 ev çökdü
 - Bir neçə ailə evakuasiya olundu/FOTO Masallıda 77 ev çökdü
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər