Ru
22:42 / 23 Sentyabr 2017

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

918
Masallıda 45 yaşlı kişi  öz evini yandırıb.

 

APA-nın verdiyi məlumata görə, hadisə Masallının Ərkivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1972-ci il təvəllüdlü Elşən Abdullah oğlu Abdullayev özünə məxsus yaşayış evinə od vurub. Dərhal hadisə yerinə Masallı yanğından mühafizə hissəsinin avtomaşınları və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evin 80 kv.m hissəsi yanğından mühafizə olunub.

 

Məlumata görə, ev sahibi E.Abdullayev  hadisəni ailə münaqişəsi zəminində qəsdən törədib. Onun ötən ay həbsdən azadlığa çıxdığı bildirilir.  

 

Fakt araşdırılır.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər