Ru
23:27 / 20 Fevral 2017

Masallı-Yardımlı yolunda torpaq sürüşməsi - FOTOLAR

1368
İntensiv yağıntılardan sonra Masallı-Yardımlı yolunda torpaq sürüşməsi aktivləşib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, sürüşmə hadisəsi Masallı- Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində baş verib.

 

Belə ki, yolun 35 km-də, uzunluğu 48, eni 6 metr olan yol, 1 metr dərinlikdə çöküb. Dərhal əraziyə 51 nömrəli yol-istismar idarəsinin 4 ədəd ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolun bağlı qalmaması üçün əraziyə qum və çınqıl daşınaraq bərkitmə işlərinə başlanılıb.

 

Qısa zamanda çökən ərazidə bərpa işləri aparılaraq avtomobillərin gediş-gəlişi təmin edilib. Yolun tam bərkidilərək genişləndirilməsi bir neçə gün davam etdiriləcək, bunadək ərazi nəzarətdə saxlanılacaq.

 

Bakı Post

 


 


 


 

Masallı-Yardımlı yolunda torpaq sürüşməsi -  FOTOLAR
Masallı-Yardımlı yolunda torpaq sürüşməsi -  FOTOLAR
Masallı-Yardımlı yolunda torpaq sürüşməsi -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər