Ru
19:53 / 22 İyul 2017

Masallı-Yardımlı yolunda qəza - Sürücü yaralandı

1321
Masallıda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.

 

APA-nın verdiyi məlumata görə, hadisə Masallı-Yardımlı yolunda, Masallının Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallının Ərkivan qəsəbə sakini 1970-ci il təvəllüdlü Süleyman Ramazan oğlu Abdullayevin idarə etdiyi "VAZ-21011” markalı avtomaşın  hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

 

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

 

Fakt araşdırılır.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər