Ru
11:39 / 22 Fevral 2017

“Martın əvvəllərində ərzaqlar sürətlə bahalaşacaq”

2315

"Novruz bayramına yaxın, yəni qiymətlərin bundan sonra da ərzaq məhsullarının qiymətinin sürətlə artımının şahidi olacağıq”.

Bu sözləri BakiPost.az-a açıqlamasında iqtisadçı
Natiq Cəfərli deyib.


İqtisadçı bildirib ki, qiymətlərin artırılmasının
bir neçə səbəbi var:
"Öncə bu, mövsümlə bağlıdır. Azərbaycanda yerli məhsulların
qıtlığı, azalması müşahidə olunur. Çünki onları saxlamaq üçün Azərbaycanda
ciddi şəkildə infrastruktur yoxdur. Ona görə də bir çox hallarda xaricdən gətirilən
məhsullar üstünlük təşkil edir. Bu da valyuta məzənnəsinə görə qiymətlərin
artımına səbəb olur. Yəni burada mövsümi xarakterli artım da var.


Bayramlardan öncə həmişə Azərbaycanda qiymətlərdə
ciddi artım olur. Əsasən də Novruz bayramı ərəfəsində bu artım müşahidə olunur.
Digər ölkələrdə isə bayramlarda həmişə endirim kampaniyalarını, qiymətlərin
aşağı salınmasını görürük. Təəssüf ki, Azərbaycanda bu proses tərsinə baş
verir. Endirim, məhsul bolluğu olmaqdansa, qiymətlərin artımına üstünlük
verilir. Bu bayram da həmişəki qaydada olacaq. Çox güman ki, bayram
yaxınlaşdıqca qiymətlərin sürətlə artımını görəcəyik”.


Natiq Cəfərli bildirib ki, əsasən sürətli qiymət
artımı mart ayının əvvəllərində baş verəcək:
"Ehtimal var ki, manatın zəifləməsi
yaxın həftələrdə sürətlə artsın. Bu üst-üstdə
düşsə həm bayramın, həm tələbatın artması, həm də yerli məhsulların mövsümi
amillərdən irəli gələrək artıq bazardan çəkilməsi effekti mart ayının əvvəllərində,
bayrama yaxın qiymətlərin daha sürətlə artmasına səbəb olacaq”.

Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər