Ru
20:51 / 28 İyun 2017

Marsda insan sümüyü tapıldı - FOTO

1810
Elm dünyası həyəcanlandı


Mars planetindəki fəaliyyətinə davam edən Curiosity Kəşf Maşınının çəkdiyi iddia edilən fotolar mübahisəyə səbəb olub.


Musavat.com xarici mediaya istinadən xəbər verir ki, getdiyi hər bucağı dünya ilə paylaşan nəqliyyat vasitəsindən yayılan son şəkillər yadplanetlilərin varlığı ilə bağlı sirli məlumatları sanki bir daha təsdiq edir. Şəkillərin bəzilərində sümüyü xatırladan görüntülərin olması Mars araşdırmaçıları tərəfindən bir daha müzakirə olundu.


Sözügedən fotoar NASA vasitəsilə paylaşılır. Alimləri ən çox həyəcanlandıran görüntü isə yançaq sümüyü”nü xatıladan bir sümük görüntüsü olub. Martian Archaeology (Mars Arkeolojistleri) adlı bir qrup tərəfindən video olaraq yayımlanan bu görüntülərin dünya xaricindəki bir həyata aid ola biləcəyi iddia edilir.


İngiltərənin "Daily Mail” qəzetinin xəbərinə görə, dünya xaricindəki həyatla bağlı araşdırma aparan qrup bu şəkillərin ardınca Marsla bağlı araşdırmalarının da sürətini artırıb. 

2 metrə qədər uzanan robot qolları, 2.7 metrlik genişliyi və 2.1 metrlik hündürlüyə sahib Curiosity, daha öncə də Marsdan paylaşdığı bəzi görüntülərlə yeni elmi araşdırmaların başlamasına səbəb olmuşdu.

 

BakuPost






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər