Ru
17:54 / 21 Fevral 2017

- “Palata araşdırmalara başlamalıdır” Manat yenidən ucuzlaşır

1076
"Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ayın əvvəllərində manatın məzənnəsinin qısa müddətdə kəskin möhkəmlənməsi və yenidən gözlənildiyi kimi dolların bahalaşması ilə müşahidə edilən əks-prosesin başlaması səbəblərinin araşdırmasına ehtiyac var”. 


BakiPost.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov manatın yenidən ucuzlaşmağa başlamasına münasibət bildirərkən deyib. 


Onun sözlərinə görə, əksər inkişaf etmiş ölkələrdə belə hallar baş verən zaman maliyyə bazarına məsul olan dövlət qurumu spekulyativ müdaxilələrin olub-olmamasını araşdırır: "Belə müdaxilələrin olduğu təsdiq olunan zaman bu işdə maraqlı olan bankların lisenziyalarının ləğvi daxil olmaqla, xeyli kəskin cəzalar müəyyənləşdirilir. Milli valyutanın məzənnəsində qısa müddətli kəskin dəyişmələr bır sıra bankların izafi gəlir əldə etməsinə səbəb oldu. Belə kəskin dəyişmələr nə vətəndaşlar, nə də biznes üçün əlverişlidir. Biznes üçün stabil valyuta rejimi çox əhəmiyyətlidir”. 


İqtisadçı bildirib ki, bu səbəbdən palata tərəfindən bu ay valyuta bazarında baş verənlərin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasına, ikitərəfli kəskin dəyişikliklərin səbəbləri və bunda maraqlı olan banklar və tərəflərin müəyyənləşdirilməsinə ehtiyac var. 


Vüqar Bayramov onu da əlavə edib ki, bu, həmçinin gələcəkdə yeni spekulyativ müdaxilələrin qarşısının alınması baxımdan vacibdir.


Sevinc Yasinqızı

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər