Ru
18:28 / 27 May 2018

Makron Azərbaycana gəlir

3426
Fransa prezidenti Emmanuel Makron bu ilin sonunda Azərbaycana rəsmi səfər edəcək.


BakuPost-un məlumatına görə, bunu Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.


"2018-ci ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri gözlənilir. Fransa Prezidenti öz növbəsində cavab dəvəti qəbul edib və Azərbaycana 2018-ci ilin dekabrında səfər etməyi planlaşdırır”, - deyə nazir bildirib.


Onun sözlərinə görə, yüksək səviyyəli səfərlər Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək: "Hal-hazırda biz Azərbaycanla kənd təsərrüfatı, energetika, nəqliyyat, yüksək texnologiyalar, ekoloqiya və təhsil sahələri daxil olmaqla, bizim üçün bir sıra vacib sahələrdə əməkdaşlıq edirik. 2018-ci ilin yayında biz bu istiqamətlər üzrə Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyanın işini fəallaşdırmaq niyyətindəyik”.


Jan-İv Lö Drian bildirib ki, Fransa hər zaman Azərbaycanı onun müstəqilliyinin ilk günlərindən dəstəkləyib və özünün əməkdaşlıq siyasətini gələcəkdə də davam etdirəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər