Ru
12:53 / 25 Sentyabr 2018

“Mağazaya gedirəm” deyib evdən çıxdı, bir daha geri qayıtmadı...

1857
Şəkidə 86 yaşlı kişi itkin düşüb.


DİN-dən BakuPost-a verilən məlumata görə, 1932-ci il təvəllüdlü Şəki sakini İslam Zahirov günorta saatlarında rayonda yaşadığı evdən mağazaya getmək adı ilə evdən çıxıb və indiyədək geri qayıtmayıb.


Evdən çıxanda əynində göy rəngli idman şalvarı, qara rəngli pencək, pencəyin altından geyinilən jilet və ayağında rezin ayaqqabı olub. Boyu 165 sm, orta bədən quruluşludur.


Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinə 024-244-4-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər