Ru
12:02 / 20 Yanvar 2017

Mağazadan 3 kiloqram qızıl oğurlandı

893
İmişli rayonunda mağazadan 3 kiloqram qızıl oğurlanıb.


BakiPost.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birindən 3 kiloqram qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.


İ.Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299) adda qızıl əşyalar maddi sübut kimi götürülüb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər