Ru
14:59 / 20 Sentyabr 2018

“Lukoyl - Azərbaycan” yanacaqdoldurma məntəqələrinin sayını artırır

2821
"LUKOYL-Azərbaycan” ölkədə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırır. Bakıda "LUKOYL” brendi altında 58-ci yanacaqdoldurma məntəqəsi açılıb.


BakuPost xəbər verir ki, "LUKOYL-Azərbaycan” QSC-nin direktoru Eduard Muhametovun sözlərinə görə, "LUKOYL” məntəqələrindən hər gün 80 mindən çox azərbaycanlı sürücü istifadə edir:


"Bu, yüksəkrəqabətli bazardır və bizim üçün hər bir müştəri vacibdir. Ona görə də "LUKOYL-Azərbaycan” məntəqələrdəki yanacağın keyfiyyətini daim nəzarətdə saxlayır, xidmətlərin keyfiyyətini yüksəldir və vaxtlı-vaxtında avadanlığın müasirləşdirilməsini həyata keçirir”.


E.Muhametov qeyd edib ki, hər bir müştəri istənilən YDM-də buraxılan yanacağın həcmini xüsusi avadanlıq vasitəsilə yoxlaya bilər. Xidmətin keyfiyyəti ilə bağlı hər hansı bir sual yaranarsa 24 saat qaynar xəttə müraciət etmək olar:


"Bu ilin əvvəlindən biz 125 müraciət almışıq. 113 halda YDM-də pozuntu aşkar edilməyib ki, müştərilərimiz də bununla razılaşıb. Amma 12 müraciət YDM-lərin 5 əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas verib. Daha 7 əməkdaşı isə işdən azad etməli olmuşuq. LUKOYL daim YDM-lərdə xidmət keyfiyyətini təkmilləşdirir”.

 


 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər