“Lotu Quli”nin yetirməsi saxlanıldı

Ukraynanın Milli Polis və Təhlükəsizlik Xidməti əməkdaşları birgə keçirdikləri xüsusi əməliyyat əsnasında Odessa ərazisində fəaliyyət göstərən azərbaycanlı kriminal avtoriteti saxlayıblar.

 

Oxu.Az bu barədə Ukrayna KİV-nə istinadən xəbər verir.


Saxlanılan şəxs silah və narkotiklər ilə əlaqədar cinayətlərin törədilməsi ilə əlaqədar axtarışda idi. Əslən Bakıdan olan gənchazırda həbsxanada olan "Qulu” ləqəbli "qanuni oğru”nun yetirməsidir.


Ukrayna Milli Polis vəTəhlükəsizlik Xidmətininnümayəndəsinin sözlərinə görə, avtoritet müqavimət göstərib və əməliyyatçıları hədələyib. Hazırda müvəqqəti təcridxanadadır vəo, 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər