Ru
15:08 / 23 May 2018

Lotu Qulinin sağ əli saxlanıldı - Dubayda “qanuni oğru” adı alacaqdı / FOTO + VİDEO

5062
Rusiyanın Çelyabinsk şəhərində 47 yaşlı məşhur kriminal avtoritet Rəhman Abdullayev tutulub.


Kriminal avtoritet Rusiya DİN Çelyabinsk vilayət Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.


O, sahibkarlardan zorla pul tələb etmədə, saxta şirkətlər yaradaraq külli-miqdarda vergidən yayınmaqda və sair cinayətlərdə ittiham olunur.


Məlumata görə, R.Abdullayev Lotu Quli ləqəbli Nadir Səlifovun Cənubi və Şərqi Ural üzrə "valisi” sayılır. Məhz Qulinin adına görə, regionun azərbaycanlı sahibkarları Rəhmana haqq verməyə razı olublar.


Başqa bir məlumata görə, Rəhman Abdullayevə bu yaxınlarda Dubayda "qanuni oğru” adı veriləcəkmiş. Abdullayev bir müddət öncə də saxlanılıbmış. Belə ki, onu kriminal avtoritet Vladimir Puzikovla birgə saxlayıblar. Bu əməliyyat zamanı 90 nəfər saxlanılıb.


2015-ci ildə Abdullayev cinayətkar qrupun üzvləri ilə birlikdə qəsb ehtimalına görə həbs olunub. Onunla birlikdə daha 10 nəfər saxlanılıb. Onların mənzillərində axtarış aparılıb, axtarış nəticəsində revolver, tapançalar, kartriclər və güllələr tapılıb. (minval.info)




Lotu Qulinin sağ əli saxlanıldı -  Dubayda “qanuni oğru” adı alacaqdı / FOTO + VİDEO
Lotu Qulinin sağ əli saxlanıldı -  Dubayda “qanuni oğru” adı alacaqdı / FOTO + VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər