Ru
13:16 / 18 İyun 2018

“Lotu Quli”nin adamları saxlanıldı

3823
Gürcüstan Daxili İşlər Nazirliyi  (DİN) "oğru dünyası”na daxil olan 6 şəxsi saxlayıb.


BakuPost-un APA-ya istinadən  məlumatına görə, bu barədə DİN-nin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.

 


Saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdirilib. 1980-ci il təvəllüdlü B.B və 1981-ci il təvəllüdlü C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır. Həmin şəxslərin evlərində axtarış zamanı onların "oğru dünyası” ilə əlaqəli olmasını sübut edən məlumatın yer aldığı mobil telefonlar müsadirə edilib.


Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər