Ölkədən 1 milyon çıxarmaq istədilər

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
 
BakiPost.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1 milyon 150 min Rusiya rublu aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır. 
 
Bakı Post
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

25 İyun 2017
24 İyun 2017
Bütün xəbərlər
Bütün xəbərlər