Liya Bayramova vəzifəsindən azad edildi

1968
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.

BakuPost-un Trend-ə istinadən məlumatına görə, o, səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə vəzifəsindən azad edilib.

Səhiyyə Nazirliyindən Trend-ə məlumatı təsdiqləyiblər.

Nazirlikdən qeyd edilib ki, hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova əvəz edir.

Qeyd edək ki, L.Bayramova SN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər