Ru
23:29 / 28 İyun 2017

Girov götürülən BMT əməkdaşları sərbəst buraxıldı - YENİLƏNİB

3805

Liviyada girov götürülən BMT əməkdaşları sərbəst buraxılıb.
 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.

 

Məlumata əsasən, yerli tayfa başçıları ilə danışıqlardan sonra sərbəst buraxılan  BMT əməkdaşları Tripoliyə yollanıb. 

 

***

 

Liviyada BMT missiyasının əməkdaşlarını girov götürən silahlılar tələblərini irəli sürüblər.

 

Onlar Səudiyyə Ərəbistanı həbsxanalarından silahdaşlarının azad edilməsini tələb ediblər.

 

 ***

21:35

 

Liviyada "Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli silahlılar BMT missiyasının üzvlərini əsir götürüb.

 

APA-nın xəbərinə görə, bu barədə "Sky News Arabia” telekanalı məlumat verib.

 

Məlumata əsasən, hadisə Tripolidən 45 km qərbdə yerləşən Əz-Zəviyyə yaşayış məntəqəsində baş verib. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər