Ru
20:29 / 27 Aprel 2017

Liderlər razılaşdı - Şimali Koreyaya ZƏRBƏ

1187
Rusiya prezidenti Vladimir Putin Moskvada Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra jurnalistlərə açıqlama verib.

 

BakiPost.az-ın Modern.az-a istinadən məlumatına görə, Putin bildirib ki, Yaponiyanın baş naziri ilə Koreya yarımadasında yaranmış gərginliyi müzakirə ediblər.

 

"Biz Koreya yarımadasındakı vəziyyətə görə naahatıq. Biz danışıqların sürətlə bərpasına çağırırıq. Biz regional dövlətləri müharibə ritorikasından əl çəkməyə və konstruktiv dialoqa çağırırıq”-deyə o bildirib.

Yaponiyanın baş naziri isə deyib ki, ölkəsi ilə Rusiya Şimali Koreyada nüvə silahının hazırlanmasının qadağası haqda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına davam edəcək.

 

"Biz  prezident Putinlə razılaşdıq ki, Yaponiya ilə Rusiya bu sahədə əməkdaşlıq edəcəklər. Həmçinin Şimali Koreyaya müraciət edəcəyik ki, o fitnəkar hərəkətlərindən əl çəksin və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etsin”-deyə söyləyib. 

 

Qeyd edək ki, son zamanlar Şimali Koreyanın  ABŞ və Cənubi Koreya ilə münasibətləri daha gərginləşib. Ekspertlər hər an müharibə başlaya biləcəyini istisna etmirlər.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər