Ru
15:22 / 27 İyul 2017

“Lider”dən Lamiyənin işdən çıxması məsələsinə reaksiya: “Hesabat vermirik”

1301
Lider TV aparıcı, direktor müavini Lamiyyə Ələkbərqızının kanaldakı işindən ayrılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


TV-nin ictimaiyyətlə əlaqələr meneceri Sədan Bünyadova BakuPost.az-a açıqlamasında aparıcının işdən çıxmasını nə təsdiqləyib, nə də təkzib edib. Bildirib ki, bu, kanalın daxili işidir: "İşçi qəbulu və ya hansısa işçinin işdən azad edilməsi məsələsi Lider TV-nin daxili işidir. Bir işçisinin hansı səbəbdən işdən çıxarılması və ya işə götürülməsiylə bağlı hesabat və ya açıqlama verməyi düşünmürük”.

 

Xatırladaq ki, mətbuatda Lamiyə Ələkbərqızının Lider TV ilə yollarını ayırması barədə məlumat yayılıb. Məlumatlarda xanım aparıcının işdən azad edilməsiylə bağlı artıq ərizə yazdığı bildirilir. Bəzi məlumatlara görə isə L.  Ələkbərova ilə rəhbərlik arasında narazılıq yaranıb, mübahisə düşüb. O, öz istəyi ilə ərizəsini yazaraq Lider TV ilə yollarını ayırıb. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər