Ru
23:34 / 25 Sentyabr 2018

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında - FOTO

2318
Sentyabrın 25-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakı baş ofisində "Azərbaycan otağı"nın açılışı olub.


BakuPost xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyeva açılışda iştirak edib.


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı qarşılayıb.


Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas ilə görüşü olub.


Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə əməkdaşlığı yüksək qiymətləndirildi, əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.


Baş direktorun müavininə IDEA, FAO və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycanın 11 rayonunda aztəminatlı ailələr üçün salınmış meyvə bağları barədə məlumat verilib.


Söhbət zamanı "Sıfır aclıq" Konsepsiyasının icra vəziyyəti ilə bağlı, həmçinin münaqişədən əziyyət çəkən ölkələrdə və Afrika ölkələrində aclığın aradan qaldırılması üçün mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Dünyada 870 milyon insanın hələ də aclıq və azqidalanmadan əziyyət çəkdiyi bir vaxtda ərzaq məhsullarının üçdəbir hissəsinin tullantıya getməsinin qəbuledilməz olduğu vurğulanıb.


Sonra "Azərbaycan otağı"nın açılışı olub.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun müavini Laurent Tomas otağın rəmzi açılışını bildirən lenti kəsiblər.

 

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında -  FOTO
Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında -  FOTO
Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında -  FOTO
Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında -  FOTO
Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında -  FOTO
Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında -  FOTO
Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında -  FOTO
Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında -  FOTO
Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər