Ru
13:12 / 27 İyul 2017

Lerikdə broyler fabrikində partlayış - Ölən və yaralananların adları/ Yenilənib 2

2571

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub. 

 

APA-nın məlumatına görə, hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. 

 

Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.
*** 12:19 Lerik rayonunda baş verən partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib.


Trend-in məlumatına görə, hadisə rayonun Piran kəndində baş verib.


Broyler fabrikinin kəsim sexində qaz sızmasından baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alıb. Yaralılar Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Hadisə nəticəsində ölən və xəsarət alanların hamısı rayonun Piran kənd sakinləridir.


Hazırda Lerik Rayon Prokurorluğu, rayon Polis Şöbəsi və İcra Hakimiyyətinin məsul şəxsləri hadisə yerindədir.


Faktla bağlı araşdırmalar aparılır.

 

***

11:42

 

Lerik rayonunda broyler fabrikində partlayış olub.

 

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Piran kəndi ərazisində qeydə alınıb.

 

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.

 

Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

 

BakuPost
Lerikdə broyler fabrikində partlayış -  Ölən və yaralananların adları/ Yenilənib 2
Lerikdə broyler fabrikində partlayış -  Ölən və yaralananların adları/ Yenilənib 2
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər