Ru
21:51 / 24 Mart 2018

Lerik və Şabranda meşə yanır

2528

Lerik və Şabranda meşə zolağında yanğın hadisəsi baş verib.

BakuPost.az  xəbər verir ki, bu barədə Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qurumdan bildirilib ki, bu gün saat 19 radələrində Lerik Meşə
Mühafizəsi və Bərpası Müəssisəsinin Razvandoband meşəbəyliyinin yüksək dağlıq
ərazisindəki 19 a saylı dolayında yanğın hadisəsi baş verib.

Baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Qeyd edək ki, yanğın yüksək dağlıq ərazini əhatə etdiyindən və güclü küləklə
müşayiət olunduğundan onun söndürülməsində çətinliklər yaranıb.

Hazırda ETSN-nin əməkdaşları, o cümlədən FHN-nin canlı qüvvəsi
yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir. Yanğın
kol-kosla örtülü ərazini əhatə edir. Yanğının qarşısının alınması istiqamətində
operativ tədbirlər davam etdirilir.

Eyni zamanda Şabran rayonunun yüksək dağlıq ərazisində yerləşən
Çuxurəzəmi kəndinin meşə torpaqları ilə sərhəddindəki bələdiyyə torpaqlarında
da yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsi üçün dərhal əraziyə Şabran Meşə Mühafizəsi
və Bərpası Müəssisəsinin və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə
Xidmətinin əməkdaşları cəlb olunub.

Güclü küləklə müşayət olunan yanğının meşə ərazisinə keçməsinin
qarşısını almaq məqsədilə operativ tədbirlər görülür.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər