Lerik sakini çayda batdı - YENİLƏNİB

1178
Lerikdə çayda batan rayon sakini, 1994-ci il təvəllüdlü Ramin İlqar oğlu Həbullayevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Meyit FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.

Qeyd edək ki, hadisə R. Həbullayev balıq tutmaq istəyərkən ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

FHN-in bununla bağlı yaydığı məlumatda bildirilir ki, bu gün Lənkəran çayının Lerik rayonunun Piran kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1994-cü il təvəllüdlü Həbibullayev Ramin İlqar oğlunun axtarışları başa çatıb.

R.Həbibullayev cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 
*** 
Lerikdə gənc oğlan çayda batıb.

BakuPost APA-ya istinadən xəbər verir ki, hadisə Lerikin Piran kəndi ərazisindən axan çayda  baş verib.

Çayda batan Ramin adlı gəncin meyitinin tapılıb çıxarılması istiqamətində iş aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər