Ru
13:08 / 28 İyun 2017

Lənkəranlılar Ramazanda işıqsız qaldı - Günəşli havada transformator yağlayırlar

2155
Mübarək Ramazan bayramı günlərində Lənkəran Regional Elektrik Şəbəkəsi əhalinin bayramını qara gətirib. 


BakuPost.az xəbər verir ki, şənbə və bazar günləri də daxil olmaqla 5 gün qeyri-iş günü Lənkəranda enerjinin fasilələrlə verilməsi sakinlərin narazılığına səbəb olub. İyunun 25-dən bu günə kimi Lənkəranda elektrik enerjisinin tez-tez kəsilməsi insanların evdə dincəlməyinə mane olmaqla yanaşı, həmçinin isti havalarda onları kondisioner sərinindən də mərhum edib. 


Sakinlərin sözlərinə görə, ümumi olaraq 72 saat ərzində fasilələrlə Lənkəranda 6 saatdan çox işıq olmayıb. Ötən gün isə saat 14:57-də sönən işıqlar 17:03-də verilib. 


Söhbət Lənkəranda daha çox abonentə enerjinin paylandığı 9-cu xətdən gedir. 


Şəbəkə rəsmisi, Baş mühəndis Şamid Bəhrəmov bayram günlərində yaranan fasilələrin səbəbini belə izah edib: "Əməkdaşlar "transformatorları yağlayır"”. 


Bəs işıqlar niyə 2 saatdan çox kəsilib sualına isə Ş. Bəhrəmanovun cavabı "9-cu xətdə açılma olub, əməkdaşlar axtarır, hələ tapa bilmirlər” olub.


Əhali isə bu açıqlamalardan razı qalmayıb. Onlar günəşli havalarda transformatoların niyə yağlanıldığını başa düşmədiklərini deyirlər: "Nə açılmalar? Hanı sizin "məruzələrinizdə” dediyiniz modul tipli elektrik stansiyalarınız? Hanı sizin 35 ədəd yenilədiyiniz ən son transformatorlarınız?  Şükürlər olsun ki, əvvəlki illərə nisbətdə indi debutor borclar da yoxdur. Bəs, abonentlərin istehlakçı hüquqlarını niyə pozursunuz? İşıq idarəsinin borcu əhalini keyfiyyətli "sabit cərəyanla” təmin etməkdir. Əgər işıq idarəsi əhalini keyfiyyətli, yəni "sabit cərəyan” la təmin edə bilmirsə burada günahkar axtarmağın mənası yoxdur. 


"Azərişıq” elektrik istehsal edib əhaliyə pulla satan bir təşkilatdır. Buna görədə məhsulunun keyfiyyətinə də cavabdeh olmalıdır. İşıq idarəsinin məsuliyyətdən boyun qaçırması istehlakçı hüquqlarının pozulması və işıq idarəsinin məsuliyyətsizliyi kimi başa düşülməlidir”.


BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər