Lənkəranlı qadın xəstəxanada öldü - Əri 5 gün əvvəl döyübmüş

1114
Lənkəranda 51 yaşlı qadın xəstəxanada ölüb.

BakuPost-un APA-ya istinadən məlumatına görə, rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Mahirə Vəli qızı Qafarova ötən gün gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. M.Qafarova orada vəfat edib.

Qadının yaxınları onu xəstəxanaya gətirərkən əvvəlcə yıxıldığını desələr də, sonradan əri tərəfindən döyüldüyünü, sonradan halının pisləşdiyi deyiblər.
 
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə verilib.

M. Qafarova Lerik rayonunda ərdə olub. Hadisənin 5 gün əvvəl orada baş verdiyi bildirilir.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər