Ru
22:36 / 21 Yanvar 2017

Lənkəranda mikroavtobus piyadanı vurdu

944
Lənkəran rayonunda mikroavtobus piyadanı vurub.


"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Xarxatan kəndi ərazisində qeydə alınıb.

"Qazel" markalı mikroavtobus 1955-ci il təvəllüdlü Murad Dadaşovu vurub.


Hadisə nəticəsində ağır bədən xəsarətləri alan M.Dadaşov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıya aşağı ətrafların sınığı diaqnozu qoyulub.


Sürücünün şəxsiyyəti məlum deyil.


Faktla bağlı Lənkəran rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər