Ru
22:31 / 25 Fevral 2017

Lənkəran və Gəncə sakinlərindən narkotik götürüldü

780
Lənkəran və Gəncə sakinlərindən narkotik vasitə götürülüb.


BakiPost.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Girdəni kənd sakini Nazir Baxşızadədən 0,254 qram heroin götürülüb. Əməliyyat tədbirləri ilə narkotik vasitəni ona satan şəhər sakini Ramin Nuriyev də müəyyən edilərək tutulub. Ondan 0,251 qram, evinə baxış zamanı isə 32,716 qram heroin, elektron tərəzi, narkotik vasitənin qəbul edilməsi üçün ləvazimatlar və 7 ədəd patron aşkar edilib.


Kəpəz RPŞ-nin əməkdaşları tərəfindən isə Gəncə şəhər sakini Rövşən Məmmədovdan 1 kiloqram 4,312 qram tiryək və 0,202 qram heroin aşkarlanıb.


Hər bir faktla bağlı araşdırma aparılır.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər