Ru
13:11 / 20 Yanvar 2017

Lənkəran-Lerik yolunda təhlükə - Sürüşmə aktivləşdi

1280
Yağıntılı hava şəraiti Lənkəran-Lerik yolundakı sürüşmə sahəsində yenidən aktivlik yaradıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hazırda sözügedən yolun 17, 18, 20, 22, 23, 27, 33 ,41, 45-ci kilometrliklərində yolun hər iki tərəfindəki torpaq qatında mütəmadi sürüşmə gedir və yola qaya parçaları, daş, böyük həcmdə gil və torpaq qatı tökülür.

 

Ən gərgin vəziyyət isə yolun 23 və 46-cı kilometrliklərində yaranıb. Bu ərazidə torpaq qatı böyük kütlə şəklində sürüşərək yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti üçün maneələr yaradır. Yolda hərəkətin intensivliyini təmin etmək məqsədilə 43 saylı Yol istismar idarəsinin qüvvəsi gücləndirilmiş iş rejimində çalışır. Yolda mütəmadi təmizləmə işləri həyata keçirilir. Hazırda rayonda yağıntılı hava şəraiti müşahidə olunur.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər