Ru
09:13 / 29 Mart 2017

Lənkaranda yanğın - Xəsarət alan var

789
Lənkəranda yanğın qeydə alınıb.


BakiPost.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Sütəmurdov kəndində çay fabrikinin ərazisində İran İslam Respublikasının vətəndaşına məxsus "TIR" markalı yük avtomobilinin kabinəsinin yanar hissələri, yük hissəsinə yığılmış 30 ton çayın 1 tonu və sahibi məlum olmayan digər yük avtomobilinin kabinəsi yanmışdır.


Yanğın zamanı 1 nəfər müxtəlif yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.


Hər iki yük avtomobilinin qalan hissələri yanğından mühafizə olunub.


Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər