Öldüyü deyilən aktrisa Milanın anası: “Heç nə demədən qızımın belindən su götürüblər”

Öldüyü deyilən aktrisa Mila Əminə ilə bağlı ən yeni məlumatlar və ən son görüntülər ARB TV-də yayımlanan "Yaşamaq gözəldir” verilişində tamaşaçılara çatdırılıb.

 Verilişdə aktrisanın Türkiyədə yerləşən xəstəxanadakı görüntüləri yer alıb.

 Türkiyədən canlı bağlantıya qoşulan aktrisanın anası Əminə xanım da qızının vəziyyəti ilə bağlı açıqlama verib, həkimlərdən şikayətçi olduğunu bildirib: "Düzdür, qızımın beyni ölüb, amma ürəyi döyünür. Qəlbi dayansa, aparatdan ayrılacaq. Gecə-gündüz dua edirəm, ümidimi kəsmirəm. Allahın möcüzələri çoxdu, inşallah, qızıma da bir möcüzə yetirər. Ciyərim yanır. Həkimlərdən də şikayətçiyəm. Heç nə demədən qızımın belindən su götürüblər”.

 

 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər