Ru
11:57 / 22 Sentyabr 2017

Öldürülən İŞİD-çi azərbaycanlıların uşaqları ilə bağlı danışıqlar aparılır - XİN-dən açıqlama

1084
Valideynləri İŞİD-ə qoşulan azərbaycanlı uşaqlar Abdulla və Xədicənin Azərbaycana gətirilməsi üçün danışıqlara başlanılıb.


Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.


O qeyd edib ki, Azərbaycanın İraqdakı diplomatik korpusu məsələni gündəmdə saxlayır:


"Yalnız bu deyil, digər məsələlərlə bağlı İraqın müvafiq orqanları ilə danışıqlar aparırlır. Məsələ Azərbaycan Xarici İşlər Nazirliyinin diqqətindədir”.

 

H.Hacıyev bildirib ki, uşaqların yaxınlarının müəyyən olunması barədə dəqiq məlumat yoxdur.

 

Xatırladaq ki, adıçəkilən körpələr İraqın Telafer şəhərindən xilas edilərək, Bağdada gətiriliblər. Rusiya televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər.


Onların valideynlərinin İŞİD terror təşkilatına qoşulduğu və daha sonra öldürüldüyü bildirilir.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər