Ru
00:47 / 19 İyun 2018

- Yaralananlar arasında qadın da var Kütləvi dava olub

2402
Cəlilabadda baş verən kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.


BakuPost-un "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb. 


Belə ki, bir neçə şəxs arasında baş verən mübahisə sonradan kütləvi davaya çevrilib. Bu zaman rayonun Kirovka kənd sakinləri - 1987-ci il təvəllüdlü Adaşov Elçin Xeyrulla oğlu və 1989-cu il təvəllüdlü Əmənov İbrahim Nazim oğlu müxtəlif bədən xəsarətləri alıblar. Məlumata görə, hadisə zamanı bir qadın da xəsarət alıb. Yaralılara xəstəxanada müvafiq yardım göstərilib.


Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər