Ru
09:11 / 23 İyun 2018

Kürdəmirdə maşın aşdı - 3 nəfər xəsarət aldı

1630
Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Ərsəli kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.


BakuPost Report-a istinadən xəbər verir ki, Bakı şəhər Xəzər rayon sakin Səfərov Şaiq Babək oğlunun idarə etdiyi "10-RH-107" dovlət qeydiyyat nişanlı "VAZ-2107" markalı maşın idarəetmədən çıxaraq aşıb.


Nəticədə avtomobildə olan sərnişinlər – 1986-cı il təvəllüdlü Səfərova Aygün Şaiq qızı, 2003-cü il təvəllüdlü Quluzadə Aygün Niyazi qızı və 1988-ci il təvəllüdlü Quliyev Siyavuş Laçın oğlu müxtəlif bədən xəsarətləri alıb.


Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər