Ru
20:20 / 22 İyul 2018

- Ögey atası uşağı döyüb öldürdü Kürdəmirdə dəhşət

3449
Kürdəmirdə fermada bədbəxt hadisə baş verib.


BakuPost-un APA-ya istinadən xəbərinə görə, Kürdəmir rayon sakini,  2013-cü il təvəllüdlü Murad Bayraməli oğlu Yaqubov yüksək qızdırma nəticəsində ölüb.


M. Yaqubovun anası Sevanə Böyükağa qızı Yaqubova uşağın ölümünə günahkarın qeyri-rəsmi yaşadığı ikinci əri, Kürdəmir rayon Muradaxan kənd sakini  Abdulla İnqilab oğlu Abdullayev olduğunu bildirib. S. Yaqubova övladı, 2013-cü il təvəllüdlü Murad Bayraməli oğlu Yaqubov ilə Tovuz rayonundan Kürdəmir rayonuna gəlib və A. Abdullayevlə qeyri-rəsmi yaşamağa başlayıb. Uşağın dəcəl olması ögey atanın ona olan münasibətini kəskin şəkildə dəyişib. Ögey ata A.Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb və ona küt alətlə mütəmadi xəsarətlər yetirib. Bir neçə gün əvvəl fermada Muradın qızdırması qalxıb və ötən gün o, dünyasını dəyişib.


Uşağın anası Sevanə Yaqubovanın dəfələrlə uşağı həkimə aparmaq lazım olduğunu bildirsə də, ögey ata hər dəfə ona etiraz edib, uşağın müalicə və müayinəsinə imkan verməyib.                                                        


Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 cü maddəsi ilə cinayət işi açılıb. A. Abdullayev şübhəli şəxs qismində saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər