Ru
18:51 / 24 Mart 2018

Kürdəmirdə “ASAN xidmət” mərkəzi tikiləcək - Sərəncam imzalandı

3036

Prezident İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət” mərkəzinin
layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

BakuPost-un məlumatına görə, sərəncamda qeyd edilir ki, Kürdəmir rayonunda "ASAN xidmət”
mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı
vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin
bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon
manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn
məsələləri həll etsin.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni
təmin edəcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər